Dr.Arif
Müayinə və təmizləmə · 30 dəq
Çərşənbə, 12 avqust
Randevu, xəstə kartı, rentgen və hesabat — kompüterdə də, telefonda da.
Siz dişlə məşğul olun. Xəstə boş saatı özü görür və özü yazılır, telefonunuza bildiriş gəlir. Bir toxunuşla təsdiqləyirsiniz, qalanı sistemin işidir: xatırlatmanı o göndərir, ləğvi o qeyd edir, ay sonunda rəqəmi də o çıxarır.
İNDİ
Saat neçə olursa olsun
Gecə saat 3-də yazılan xəstə də səhər təqviminizdə olur.
Bu dəqiqə də açıqdır
Siz təbəssümləri idarə edin, klinikanızı asisDENT
Dr.Arif
Müayinə və təmizləmə · 30 dəq
Çərşənbə, 12 avqust
Yeni randevu sorğusu
Sibel Abdulla
Randevunuz təsdiqləndi
Çatdırıldı
Bu gün
7xəstə
540 ₼
Bütün proses gündəlik istifadə etdiyiniz tətbiqlər vasitəsilə həyata keçirilir
Xəstə özündə heç nə quraşdırmır, siz də. Mesaj onun aktiv olan tətbiqinə göndərilir.
TANIŞ GƏLİR?
Randevunu yazışma ilə idarə etməyin bir qiyməti var və o qiymət hər həftə ödənilir.
Bir iş gününüz
Kanal müalicəsinin ortasındasınız. Əlcəkli əliniz xəstənin ağzındadır. Telefon stolun üstündə titrəyir. Baxa bilmirsiniz.
Telefona baxırsınız: üç mesaj, iki buraxılmış zəng, bir Instagram sorğusu. Birinə cavab yazırsınız. İkincisini «sonra yazaram» deyib unudursunuz.
Kreslo boşdur. Səhər yazılan xəstə gəlmədi, xəbər də vermədi. Kirayə, işıq və köməkçinin maaşı isə işləməyə davam edir.
Ay bitir. «Bu ay necə keçdi?» deyə soruşurlar. Başınızda təxmini bir rəqəm var, dəftərdə isə heç nə.
Heç bir addımda səhv etmədiniz. Gün yenə də belə bitdi.
Siz cavab yazana qədər o, cavab verən birini tapıb. Sizdən yaxşı həkim tapdığı üçün yox, sadəcə tez cavab aldığı üçün.
Xəstə boş saatı özü görür və gecə saat 3-də də yazıla bilir.
Unudurlar. Xatırladan olmur. Ləğv etmək üçün sizə yazmağı isə narahatlıq sayırlar, ona görə sadəcə gəlmirlər.
Xatırlatma özü gedir, ləğv linki mesajın içindədir. Boşalan saatı başqasına satırsınız.
Müalicəsi yarımçıq qalanlar, profilaktikası keçənlər, altı aydır görünməyənlər. Onları xatırlayan tək şey sizin yaddaşınızdır.
Sistem onları özü tapır və bir kliklə hamısını geri çağırır.
SİSTEM NECƏ İŞLƏYİR
Kompüter açmağınıza belə ehtiyac yoxdur. Telegram-da mesaja cavab verə bilirsinizsə, asisDENT-i artıq bilirsiniz.
Instagram bio-nuzdakı linkə keçir, xidməti seçir, həqiqətən boş olan saatları görür, adını və nömrəsini yazır. Qeydiyyat yoxdur, parol yoxdur.
Boş saatlar özü hesablanır: iş saatlarınız, fasilələr və bağlı günlər nəzərə alınır. Eyni saata iki xəstə yazıla bilmir, sistem buna icazə vermir.
Mesajın içində [Təsdiqlə] və [İmtina] düymələri var. Barmağınızı bir dəfə basırsınız, xəstəyə cavab dərhal gedir.
Cavabsız qalan sorğu saatı əbədi bloklamır: vaxtı bitir və saat yenidən açılır. Vaxt dəyişəndə randevu özü yenidən təsdiqinizə qayıdır.
Bugünkü xəstə sayı, gəlir, aylıq trend, gözləyən sorğular. «Bu ay necə keçdi?» sualının cavabı artıq təxmin olmur.
Keçmiş ayın rəqəmi sonradan dəyişmir: qiymətlərinizi bu gün yeniləsəniz də ötən ayın hesabatı olduğu kimi qalır.
Zəng edən xəstə zəng etməyə davam edir, onu özünüz 10 saniyəyə yazırsınız. asisDENT sadəcə həmişə açıq qalan ikinci bir qapı açır.
İMKANLAR
Dəftərdə, telefonda və başınızda saxladığınız nə varsa, hamısı bir yerə yığılır.
Təqviminiz gecə-gündüz açıq qalan qəbul masasıdır: xəstə boş vaxtı görür, seçir, yazılır. Sizə qalan işi bir toxunuşla təsdiqləməkdir.
Təsdiq, xatırlatma və ləğv mesajlarını sistem özü göndərir, WhatsApp və ya SMS ilə. Siz nə yazırsınız, nə də göndərirsiniz.
32 diş göz önündə. Hansı diş müalicə olunub, hansında diaqnoz var, kartı açan kimi görürsünüz.
Qovluqlarda, telefon qalereyasında, WhatsApp yazışmasında axtarmırsınız. Dişə klikləyirsiniz, şəkillər açılır.
Neçə dəfə gəlib, ən son nə vaxt gəlib, nəyə allergiyası var, hansı qeydi yazmışdınız. Baza köməkçinizin telefonunda yox, sizin sisteminizdə durur.
Sistem bazanızda yatan pulu özü tapır: profilaktikası keçənlər, müalicəsi yarımçıq qalanlar, ad günü yaxınlaşanlar.
Nə qədər qazandınız, hansı xidmət daha çox satıldı, neçə xəstə gəlmədi, hansı həkim nə qədər iş gördü.
Randevunu «tamamlandı» işarələyirsiniz və istifadə olunan material anbardan özü silinir. Tarixi yaxın partiya əvvəl gedir, ona görə rəfdə xarab olan qalmır.
Ortodontiya, implant, protez bir gəlişdə bitmir. Sistem işi seanslara bölür, hər gəlişdə neçəsinin qaldığını göstərir və pulu bir dəfə hesablayır.
Kron və ya protez sifarişi randevu bitəndə texnikə özü gedir. Texnik statusu dəyişir, siz isə zəng etmədən işin harada olduğunu bilirsiniz.
YAXINDAN
GÖNDƏRİLDİ ≠ ÇATDI
Kiçik detal kimi görünür, ta ki bir xəstə «mənə heç nə gəlmədi» deyənə qədər. asisDENT-də hər mesaj növbəyə yazılır, göndərilir və nəticəsi qeyd olunur. Operator cavab vermirsə sistem özü təkrar cəhd edir.
İCAZƏLƏR
Klinikada hər kəsin hər şeyi görməsinə ehtiyac yoxdur. Hər hesab öz ekranı ilə açılır: kimin nəyə çıxışı olacağını quraşdırma zamanı siz deyirsiniz, sonra istənilən vaxt dəyişirsiniz.
KLİNİK İŞ
Diş xəritəsində 16 nömrəli dişə klikləyirsiniz və həmin dişin bütün tarixçəsi, ona bağlı bütün şəkillər açılır. Eyni panoramik rentgen həm «Rentgenlər» qovluğunda, həm də aid olduğu hər dişin altında görünür.
MOBİL TƏTBİQ
Gün ərzində kompüter arxasında oturmağa vaxt olmur — və heç kim bir saat siçanla işləmək istəmir. Ona görə gündəlik işin hamısı telefonda, bir-iki toxunuşla bitir: səhər yolda bugünkü siyahı, kresloda endirim, axşam evdən təsdiq.
Kompüterdəki kodu telefonla oxudursunuz, giriş hazırdır. Telefon barmaq izi ilə kilidlənir — masanın üstündə qalsa da xəstə məlumatı görünmür.
Bugünkü və sabahkı siyahı telefonun özündə qalır. Liftdə, zirzəmidə, internet kəsiləndə də kimin gələcəyini və nömrəsini görürsünüz.
Yeni randevu sorğusu telefona bildiriş kimi düşür. Bildirişin üstündəki düymə ilə təsdiqləyir və ya imtina edirsiniz — proqramı açmağa ehtiyac qalmır.
«Bu gəlişdə nə edildi» ekranı telefonda da var: əlavə iş, güzəşt, alınan məbləğ. Növbəti seansı da elə oradan təyin edirsiniz.
Telefonla çəkdiyiniz şəkli 16-cı dişə bağlayırsınız. Kompüterdə diş xəritəsini açanda şəkil orada olur.
Yeni xəstəni telefon kitabçanızdan seçirsiniz — bir nəfəri də, siyahı ilə də. Nömrə səhv yazılmadığı üçün ikiqat kart yaranmır.
Siqnal yoxdur — bugünkü siyahı yerindədir
FƏRQ
Bazardakı təqvim proqramlarının çoxu hamı üçün yazılıb: bərbər, klinika, avtoservis. Diş həkimi orada öz işini tapmır — nə diş xəritəsi var, nə müalicə planı, nə seans hesabı, nə də laboratoriya. asisDENT yalnız diş klinikaları üçün qurulub və başqa sahədən uyğunlaşdırılmayıb.
Diş xəritəsi, müalicə planı, seans hesabı, laborator sifariş — bunlar sonradan taxılmış əlavə deyil, sistemin özüdür. Ona görə heç bir sahəni öz işinizə uyğunlaşdırmalı olmursunuz.
Ümumi bir formaya yox, sizin klinikanıza açılan səhifə etibar yaradır. Yazılmaq asanlaşdıqca gecikən, unudan və zəng etməyə çəkinən xəstə sayı azalır.
Yazışmanı sistem üzərinə götürəndə köməkçi telefonu izləmək yerinə xəstə ilə məşğul olur. «Kim yazdı, kim yazmadı» mübahisəsi qalmır, çünki hər sorğunun izi var.
Kim gəldi, kim gəlmədi, hansı saat boş qaldı — ay sonunda təxmin yox, rəqəm olur. Rəqəm görünəndə klinikanın ritmi özü dəyişir.
SADƏ HESAB
Rəqəmi biz demirik. Öz kabinetinizin rəqəmlərini yazın və nəticəni özünüz görün.
Hesab yalnız gəlməyən xəstələri sayır. Cavabsız qalan sorğular, geri qayıtmayan köhnə xəstələr və randevu yazışmasına gedən saatlar bu hesabatda öz əksini tapmır.
Bir fincan çaydan ucuzdur. Amma çay gecə saat 3-də sizin üçün randevu qəbul etmir.
Bir kanal müalicəsi 150–250 ₼-dir. Aylıq abunə onun yarısıdır və bütün ay işləyir.
Ancaq bu «köməkçi» xəstə soruşmadan cavab verir, heç nə unutmur və məzuniyyətə çıxmır.
Ayda cəmi bir xəstəni geri qaytarsa, asisDENT özünü ödəyir. Qalanı sizin qazancınızdır.
ETİBAR
Bu sual həmişə verilir, ona görə cavabını açıq yazırıq: xəstənizin adı, telefonu, rentgeni və müalicəsi tibbi məlumatdır və bu sistemdə ona uyğun davranılır.
QORUMA
Diş həkimliyi məlumatı adi bir təqvim qeydi deyil. Ona görə bu sistem bank tətbiqləri ilə eyni qaydalar üzərində qurulub: nə saxlanılır, kim baxa bilər, nə vaxt bağlanır və kim nə etdi — hər dördünün cavabı əvvəlcədən verilib.
Xəstə kartı, rentgen və hesabatlar sistemin öz serverində qalır. Reklam və analitika şirkətlərinə heç nə ötürülmür; xəstəyə gedən mesaj isə yalnız sizin seçdiyiniz kanala gedir.
Hər klinikanın məlumatı tam ayrıdır və bu, sistemin özülünə qoyulub. Ayarlardan açılıb-bağlana bilməz.
Şəkillər yalnız qısa müddət etibarlı olan xüsusi keçidlə açılır. Keçid köhnəlir; kənara düşsə belə işləmir.
Şifrələr geri çevrilə bilməyəcək şəkildə saxlanılır, bir neçə səhv cəhddən sonra hesab müvəqqəti kilidlənir, iki mərhələli doğrulama isə istənilən an açıla bilər.
İşçini çıxardığınız və ya rolunu dəyişdiyiniz anda onun açıq qalmış brauzeri də etibarsız olur.
Silinən qeyd dərhal yox olmur, bir müddət saxlanılır. Kimin nə vaxt nə etdiyinin izi qalır.
İstədiyiniz vaxt xəstə siyahınızı götürə bilərsiniz. Abunə bitsə də heç nə silinmir, sistem sadəcə oxu rejiminə keçir və yeniləyən kimi hər şey yerindədir.
PAKETLƏR
Hər üç paketdə onlayn rezervasiya, təqvim, xəstə kartı, diş xəritəsi və müalicə planı var. Fərq klinikanızın böyüklüyündədir. Dörd əlavə modulun hamısı isə kampaniya ilə birlikdə ayda 49 ₼-dir.
İllik ödənişdə 2 ay hədiyyə · quraşdırma pulsuz
Tək işləyən həkim
39₼/ay
1 həkim
Tək işləyirsiniz, amma tək cavab verməyəcəksiniz.
Bu paketi seçirəmƏn populyar
Həkim və köməkçisi
89₼/ay
1 həkim + 1 işçi
Köməkçinizin də öz girişi var.
PRO ilə başlayıramSTART paketindəki hər şey
Dörd modul daxil
2–4 həkimli klinika
179₼/ay
4 həkim + 2 işçi
Bütün həkimlər, bir təqvim, bir kassa.
Bu paketi seçirəmPRO paketindəki hər şey
MODULLAR
Randevu, xəstə kartı, diş xəritəsi və müalicə planı hər paketdə var. Aşağıdakılar klinika böyüdükcə lazım olur. Ayrıca da almaq olar, lakin kampaniya ilə dördü birlikdə iki modulun qiymətindən aşağı düşür.
Bazanızda yatan pulu tapır: profilaktikası keçənlər, müalicəsi yarımçıq qalanlar, ad günü yaxınlaşanlar. Siyahını görürsünüz, bir düymə ilə hamısına mesaj gedir. Bayram təbriki və ya yeni xidmət elanını istədiyiniz adama da göndərirsiniz.
Ziyarətdən sonra xəstəyə rəy dəvəti gedir. Razı qalan Google-a keçir, narazı isə əvvəlcə sizə yazır. Rəyin yanında hansı ziyarət, hansı həkim və hansı tarix olduğu görünür — yəni ümumi bir narazılıq yox, düzəldə biləcəyiniz konkret hadisə.
Bu ayın gəliri hər paketdə pulsuz görünür. Bu modul müqayisəni açır: hansı xidmət nə qədər gətirir, hansı həkim nə qədər işləyir, kim geri qayıtmayıb. Excel-ə çıxarırsınız.
Randevunu «tamamlandı» işarələyirsiniz, işlənən material anbardan özü silinir. Tarixi yaxın partiya əvvəl gedir, qalıq azalanda xəbərdarlıq gəlir. Bir plombun materialına nə qədər getdiyini rəqəmlə görürsünüz.
SUALLAR
asisDENT Azərbaycandakı diş klinikaları və stomatoloqlar üçün idarəetmə proqramıdır, yəni stomatoloji CRM. Onlayn randevu, WhatsApp və SMS ilə xatırlatma, elektron xəstə kartı və diş xəritəsi, rentgen arxivi, müalicə planı, ödəniş və taksit, diş laboratoriyası, anbar, heyət və hesabatlar bir sistemdədir. Kompüterdə brauzerdən, telefonda iPhone və Android tətbiqindən işləyir. Bakıda hazırlanır, quraşdırmanı biz edirik.
Telegram-da mesaja cavab verə bilirsinizsə, asisDENT-i artıq bilirsiniz. Gündəlik işiniz budur: bildiriş gəlir, «Təsdiqlə» düyməsini basırsınız. Sistemi biz quraşdırırıq: xidmətlərinizi, qiymətlərinizi və iş saatlarınızı bizə deyirsiniz, hazır linki sizə təhvil veririk. İnterfeys Azərbaycan, türk, rus, ingilis və alman dillərində işləyir; hansını seçsəniz o dildə açılır.
Sizin şəxsi rezervasiya linkiniz olur, onu Instagram bio-nuza qoyursunuz. Xəstə linki açır, xidməti və boş vaxtı seçir, adını və nömrəsini yazır. Qeydiyyat və parol tələb olunmur. Sorğu dərhal təqviminizə düşür və sizə bildiriş gəlir.
Bir hissəsi başa düşməyəcək və buna ehtiyac da yoxdur. Zəng edən xəstə zəng etməyə davam edir, siz onu özünüz 10 saniyəyə yazırsınız. Link daha çox 25–45 yaş arası xəstələr üçündür; onlar zəng etməyi sevmir və gecə saat 11-də yazılır. Yəni köhnə xəstələrinizi itirmirsiniz, yenilərini qazanırsınız.
Deməli sizdə nizam var, bu, əksəriyyətdən yaxşıdır. İki sual qalır: saat 19:00-dan sonra, gecə və bazar günü kim cavab verir? Və köməkçiniz sabah işi buraxsa, xəstə bazanız hara gedir? asisDENT köməkçinizi əvəz etmir, onu mexaniki yazışmadan azad edir, bazanı isə sizin adınıza saxlayır.
WhatsApp və SMS ilə. Sistem klinikanızın qoşulu olduğu kanalı seçir; biri əlçatan deyilsə digərinə keçir. Mesaj göndərilə bilməsə sistem onu itirmir, özü təkrar cəhd edir və nəticəni sizə göstərir. Sizə isə Telegram-dan bildiriş gəlir, çünki orada bir toxunuşla təsdiqləyirsiniz.
Bunun üçün Sorğu radarı modulu var. WhatsApp, Instagram və Facebook-dan gələn qiymət və randevu sualları bir siyahıya düşür, cavabsız qalan sorğu gözdən qaçmır. Klinika bağlı olanda xəstəyə rezervasiya linki ilə cavab özü gedir. Ay sonunda neçə sorğunun randevuya çevrildiyini görürsünüz. Modul istənilən paketə əlavə olunur.
Bəli. 32 diş göz önündədir; dişə klikləyəndə diaqnoz və müalicə elə orada yazılır, bütün tarixçə isə yanında görünür. Hər dişə rentgen və klinik şəkil bağlana bilər, yəni «bu dişə keçən dəfə nə etmişdik?» sualının cavabı bir kliklədir.
Bir gəlişdə bitməyən iş üçün müalicə planı qurulur və sistem onu seanslara bölür. Randevu kartında «2/3» yazır: bu, üç seansın ikincisidir. Pul isə bir dəfə hesablanır, dörd gəliş dörd dəfə yazılmır. İşi planlaşdırdığınızdan tez bitirsəniz plan elə orada bağlanır; kresloda endirim etsəniz o da ayrıca qeyd olunur.
Bəli. Hər gəlişdə nə edildiyi, nə qədər ödənildiyi və nə qədər qaldığı xəstənin kartında görünür. Avans da, hissə-hissə ödəniş də qeyd olunur; implant və ortodontiya kimi uzun müalicə üçün taksit qrafiki qurulur. Borcu olan xəstələr ayrıca siyahıdadır, ay sonunda kimdən nə qədər alınacağını təxmin etmirsiniz.
Bəli, ona öz girişi açılır. Sifariş randevu bitəndə texnikə özü gedir, Telegram-dan bildiriş alır, statusu dəyişir; sizin dalınca düşməyiniz qalmır. Texnik yalnız işi görür, xəstənin adını və nömrəsini yox. Ay sonunda kimə nə qədər borcunuz olduğu hazırdır. Texnik hesabı paketinizdəki işçi yerini tutmur.
START tək işləyən həkim üçündür. PRO paketində köməkçiniz üçün ayrıca giriş açılır, lazım olsa əlavə həkim və işçi yeri də əlavə edirik. MAX paketi dörd həkimə qədər klinikalar üçündür və altı istifadəçi qoşulur. Diş texnikləri bu saya daxil deyil. Klinikanız böyüyəndə paketi bir zənglə dəyişirik, məlumatınız olduğu kimi qalır.
Bəli, Heyət modulu ilə. İşçi kartları, məzuniyyət təqvimi və sənədlərin bitmə tarixi bir yerdədir, müddət yaxınlaşanda xatırlatma gəlir. Ay sonunda həkimlə hesablaşma — faizlə və ya sabit məbləğ üstəgəl faizlə — hazır olur. Modul istənilən paketə əlavə olunur.
Aylıq abunə START paketində 39 ₼, PRO-da 89 ₼, MAX-da 179 ₼-dir; qiymətlər ƏDV-siz göstərilib. Quraşdırma bir dəfəlikdir: 149 ₼, MAX üçün 249 ₼. Birinci ay bu haqqa daxildir. İllik ödəyəndə 2 ay hədiyyədir, quraşdırma isə pulsuzdur.
Birinci ay hədiyyədir. Müddətli demo əvəzinə real hesab veririk: quraşdırma haqqını ödəyirsiniz, sistemi biz quraşdırırıq, məlumatlarınızı biz köçürürük və siz bir ay tam işləyirsiniz — nümunə data ilə yox, öz xəstələrinizlə. Abunə ikinci aydan başlayır; illik ödəyirsinizsə quraşdırma da pulsuzdur.
Hər klinikanın məlumatı tam ayrıdır və bu, sistemin quruluşuna qoyulub. Hesabınıza iki mərhələli doğrulama qoşa bilərsiniz. Ən vacibi: data sizindir, istədiyiniz vaxt xəstə siyahınızı götürə bilərsiniz. Abunə bitsə də heç nə silinmir, sistem yalnız oxu rejiminə keçir.
Bir saat. Hesabınızı biz açırıq, xidmət kataloqunu və iş saatlarını biz köçürürük, Telegram-ı biz qoşuruq. Sonra 30 dəqiqəlik onlayn təlim və rezervasiya linkiniz hazırdır. Birinci ay quraşdırma haqqına daxildir; illik ödəyən klinikalar üçün quraşdırmanın özü də pulsuzdur.
Sadəcə dayandırırsınız. Uzunmüddətli müqavilə yoxdur, cərimə yoxdur, «niyə gedirsiniz» sorğusu yoxdur. Məlumatınız silinmir: sistem oxu rejiminə keçir və xəstə siyahınızı istədiyiniz vaxt götürürsünüz.
Bəli — iPhone və Android üçün. Gündəlik işin hamısı orada var: bugünkü siyahı, xəstə kartı, diş xəritəsi, endirim və əlavə iş, yeni randevu, aylıq rəqəm. Hamısı bir-iki toxunuşdur, kompüter açmağa ehtiyac qalmır. Yeni sorğu tətbiq bağlı olsa da bildiriş kimi düşür və bildirişin üstündən təsdiqləyirsiniz. Bugünkü siyahı siqnal olmayanda da açılır. Telefonu sistemə bağlamaq bir kod oxutmaqla bitir.
Olar. Ancaq kampaniya ilə dördü birlikdə 49 ₼-dir, ayrılıqda isə 82 ₼ olur — yəni iki modulun qiymətinə dördü də açılır. Hansının sizə lazım olduğunu quraşdırma zamanı bir yerdə seçirik, sonra istənilən vaxt bağlaya bilərsiniz. MAX paketində dördü onsuz da daxildir.
BAŞLAYAQ
Bu suala cavab tapdıqdan sonra bizə müraciət edin. Bir iş günü ərzində sizinlə əlaqə saxlayırıq, hesabınızı biz açırıq və bir saat sonra ilk xəstəniz linkdən yazılır.
E-poçt proqramınız açıldı. Mesajı göndərin, bir iş günü ərzində sizinlə əlaqə saxlayacağıq. Açılmadısa, səhifənin altındaki əlaqə ünvanına yazın.
Birbaşa danışmaq istəyirsiniz?