HÜQUQİ
Hesabın silinməsi
asisDENT hesabını necə bağlatmaq və üzərindəki məlumatı sildirmək olar — kimə müraciət etməli, sonra nə olur, nə dərhal silinir və klinikanın nəyi saxlamağa borclu olduğu.
1. Hesab kimindir
asisDENT-i klinikalar işlədir və hesabı onunla girən adam özü açmır: klinika sahibi onu həkim, köməkçi və ya qəbul işçisi üçün yaradır. Hesabla yazılan hər şeyin sahibi klinikadır. Kimə müraciət edəcəyinizi məhz bu müəyyən edir.
- Siz klinika işçisisiniz. Hesabın bağlanmasını klinika sahibindən xahiş edin — sistemin içində bu, bir addımdır. Artıq orada işləmirsinizsə və əlaqə saxlaya bilmirsinizsə, bizə yazın: müraciəti ötürür və sonunu izləyirik.
- Siz klinika sahibisiniz. Hesabın qeydiyyatdan keçdiyi ünvandan bizə yazın. Klinika hesabını onun altındakı bütün işçi hesabları ilə birlikdə bağlayırıq.
- Siz pasiyentsiniz. Kartınızın sahibi sizi müalicə edən klinikadır. Müraciəti ora göndərin. Bizə gəlsə, klinikaya ötürürük və lazım olan texniki dəstəyi veririk.
2. Müraciəti necə göndərmək
Aşağıdakı ünvana yazın və bunları bildirin:
- klinikanın adı;
- hesabın qeydiyyatda olduğu ad;
- bir işçi hesabının, yoxsa bütün klinika hesabının bağlanmasını istədiyiniz.
Məktubu hesabın qeydiyyatdan keçdiyi e-poçt ünvanından göndərin — müraciətin sizə aid olduğunu belə təsdiqləyirik. Mümkün deyilsə, yalnız hesab sahibinin cavablandıra biləcəyi bir-iki sual veririk. Hesabla əlaqələndirə bilmədiyimiz silinmə müraciətini heç vaxt icra etmirik.
3. Nə silinir
Hesab bağlanan an giriş işləmir, ona qoşulmuş bütün cihazlar sistemdən çıxarılır və bildirişlər dayanır.
- Silinir: hesabın özü — ad, e-poçt, telefon nömrəsi, şifrə, cihaz sessiyaları və bildiriş nişanları.
- Bir müddət qalır, sonra tam silinir: silinmiş yazı elə həmin saniyə yox olmur ki, səhvən silinən geri qaytarıla bilsin.
- Qalır: pasiyent və müalicə yazıları, həmçinin kimin nəyi dəyişdiyinin izi. Bunlar işçi hesabına yox, klinikaya aiddir və tibbi sənədin qanunla klinikanın üzərinə qoyulmuş saxlama müddəti var. Məxfilik siyasətinin 8-ci bəndi bunu izah edir.
Klinika məlumatın tam silinməsini yazılı şəkildə istəsə, silinmə həmin saxlama öhdəliyi nəzərə alınmaqla aparılır və klinikaya yazılı təsdiq verilir.
4. Müraciətdən əvvəl
Silinmə geri qaytarılmır. Klinika məlumatını sistemin içindən ixrac edə bilər — bunu müraciətdən sonra yox, ƏVVƏL edin.
Tətbiqi telefondan silmək serverdə heç nəyi silmir: yalnız həmin cihazı çıxarır. Əksi də doğrudur — hesabın bağlanması tətbiqi telefondan silmir, sadəcə ora bir daha girə bilmir.
5. Əlaqə
Hara yazmalı
Silinmə müraciətini bu ünvana göndərin. İş günlərində cavab veririk və cavab həmişə nəyin, nə vaxt silindiyini adı ilə yazır.
- Platforma
- asisDENT
- İşlədən
- techSA
- E-poçt
-
info bildiyiniz işarə
asisdent nöqtə az
info bildiyiniz işarə techsa nöqtə az Ünvanı bilərəkdən açıq yazmırıq: hüquqi səhifə e-poçt toplayan robotların ilk dayanacağıdır. İşarələri yerinə qoyun, ünvan alınır. - Müraciət
- Yazılı müraciət üstünlük təşkil edir: cavabın və müddətin izi qalır. Telefonla danışmaq lazımdırsa, e-poçtda yazın, biz zəng edək.